Mərkəzdənqaçma nasosunun seçimi

MƏRKƏZDƏNQAÇMA NASOSU NECƏ SEÇİLİR?

Mərkəzdənqaçma nasosunu seçmək üçün əsasən üç məlumat tələb olunur.

  • Nasosun sərfi
  • Nasosun vurma hündürlüyü
  • Vurulacaq mayenin tipi

Yuxarıdakı məlumatlar bir araya gətirilərək tələb olunan işi ən səmərəli şəkildə yerinə yetirə biləcək nasos seçilir. Bu gün belə seçimlər seçim proqramlarından istifadə etməklə aparılır. Seçim proqramlarının təqdim etdiyi alternativlərdən hansının sahə şəraiti üçün ən uyğun olacağı isə seçimi aparan şəxsin təcrübəsindən asılıdır. Nasosun konstruksiyası necə olacaq, hansı material və kipləşdirici tipi istifadə ediləcək, nasos tələb olunan işi hansı sürətlə fırlanaraq yerinə yetirəcək və ya nasosda vakuum kimi problemlər yaşanmaması üçün sahədən hansı parametrlərin təmin edilməsi tələb olunacaq kimi sualların cavabları tamamilə seçimi aparacaq şəxsdən asılıdır. Deməli, nasos seçimini aparacaq şəxsə nə qədər çox məlumat çatdırılarsa, bir o qədər düzgün və uzunömürlü nasos seçimi etmək mümkündür.