Qızğın yağ nasosu

Sənaye müəssisələrində bir çox avadanlıq və ya istehsal prosesi qızdırılmaya ehtiyac duyur. Plastik əsaslı istehsal, ağac və meşə məhsullarının emalı, kompozit prosesləri, kimyəvi proseslər və s. bu ehtiyacın böyük olduğu sahələrdir. İstilik ötürülməsində ən çox 200°C ilə 350 °C arasında istifadəyə yararlı istilikdaşıyıcı yağlardan istifadə olunur, daha aşağı temperaturlar üçün isə istilikdaşıyıcı kimi qızğın sudan da istifadə edilə bilər. Bu yağ zavodda qapalı sistem daxilində qızdırılır və qızğın yağ nasosları vasitəsilə tələb olunan nöqtəyə çatdırılır.

KSB qızğın yağ nasosları, müvafiq olaraq: Etanorm-SYT (ETNY), Etaline-SYT, Etabloc-SYT, Etanorm RSY

Bu nasoslarda temperatur çox yüksək olduğundan nasos korpusu ilə val kipləşdiricisi arasında hava ilə soyudulan xüsusi zona olmalıdır. Bu zona sayəsində kipləşdirici zonasına çatan mayenin temperaturu əhəmiyyətli dərəcədə aşağı düşür ki, bu da standart diyirmanlı podşipniklərdən və daha ucuz kipləşdiricilərdən istifadəyə imkan verir.

Qızğın yağ nasoslarında texniki xidmət və ya nasazlıq zamanı yanıq və yanğın təhlükəsi yarandığından həm nasosa müdaxilə edəcək komanda, həm də ətraf mühit üçün təhlükəsizlik tədbirləri görülməlidir. Bundan əlavə, belə yüksək temperaturlu mayelərin nasosdan sızması müəssisədə yanğın təhlükəsi yaradır. Buna görə də bu nasoslarda xarici sızma aşkarlama / qarşısını alma qurğularından istifadə son dərəcə vacibdir.

Mənbə: KSB Global