Kimyəvi nasos

Kimyəvi nasoslar neft-kimya, qida emalı və kimya sənayesində, eləcə də neftayırma zavodlarının köməkçi təsərrüfat tətbiqlərində və yüksək temperaturlu qızdırma sistemlərində istifadə olunur. Onlar isti, soyuq, aqressiv, uçucu, partlayıcı, zəhərli, çirklənmiş və xüsusilə qiymətli mayeləri vurur.

Buna görə də maye ilə təmasda olan hissələr korroziyaya davamlı metal və qeyri-metal materiallardan hazırlanır və ya davamlı rezin, plastik və ya emal örtüklərlə qorunur.

Bu nasosda korpusu mayenin korroziyaedici təsirindən qorumaq məqsədilə korpusa plastik örtük çəkilmişdir.

Kimyəvi nasoslarda həm tək, həm də ikiqat mexaniki kipləşdiricidən istifadə etmək mümkündür. Bəzi hallarda kipləşdirici zonasını təzyiq altına almaq və ya xarici yuma aparmaq üçün nasosdan asılı olmayan termosifon sistemindən istifadə olunur. Kimyəvi nasosların vurduğu mayelər, yuxarıda qeyd etdiyimiz kimi, adətən qiymətli, partlayıcı və ya ətraf mühit və insan sağlamlığı üçün zərərli mayelərdir. Buna görə də kipləşdirmə – sızdırmazlıq məsələsi olduqca vacibdir. Sıfır sızma tələb olunarsa, kapsullu mühərrikli nasosa (canned motor pump) və ya maqnit muftalı nasosa keçilir.

Maqnit muftalı nasoslar sorma və vurma flansları istisna olmaqla xaricə qarşı qapalıdır. Val fırlanma hərəkətini maqnit sahəsinin qüvvəsi ilə əldə edir. Buna görə də sıfır sızma tələb olunan hallarda tez-tez üstünlük verilir.

Kimyəvi nasoslar adətən birpilləli, nadir hallarda isə ikipilləli konstruksiyada hazırlanır. Bir qayda olaraq, özüsorucu nasoslar deyil. Nasos seçimində nasosun mümkün qədər aşağı NPSH dəyərinə malik olması vacibdir. Xüsusi iş şəraitinin tələblərini ödəmək üçün qızdırıla bilən korpuslara, soyudula bilən diyirmanlı podşipnik yuvalarına və nasosu xaricdən dəstəkləyən xarici sistemlərə (termosifon sistemi və ya qızdırma-soyutma köynəyi və s.) malik konstruktiv variantlardan istifadə olunur.

Mənbə: KSB Global