Nasoslarda çarx növləri

15 yanvar 2024

Mərkəzdənqaçma nasoslarında çarx növləri Çarxın əsas vəzifəsi mühərrikdən val vasitəsilə gələn mexaniki enerjini içindən keçən mayeyə ötürərək mayeyə və ya qaza müəyyən təzyiq və axın qazandırmaqdır. İstehsalda istifadə olunan xammalın müxtəlifliyini nəzərə alsaq, bir-birindən olduqca fərqli xüsusiyyətlərə malik mayelərin ötürülməsi zəruridir. Bu mayelər və onların xüsusiyyətləri dəyişdikcə nasosda istifadə olunan çarx tipi də dəyişməlidir. Məsələn, mədəndə istifadə olunan şl…

Mühərrikin qoşulma növləri

15 yanvar 2024

ELEKTRİK MÜHƏRRİKLƏRİNİN QOŞULMA ÜSULLARI VƏ XÜSUSİYYƏTLƏRİ Üçfazalı asinxron mühərriklərdə stator dolaqları hazırlandıqdan sonra şəbəkəyə qoşulmaq üçün mühərrikin klemma qutusuna adətən altı uc çıxarılır. Bunlar dolaqların giriş və çıxış uclarıdır. Bu ucların qoşulma növündən asılı olaraq mühərrikləri müxtəlif üsullarla işə salmaq (yəni ilk dəfə işə buraxmaq) mümkündür. Birbaşa işəsalma (Direct Online, DOL) Bu üsul, adından da göründüyü kimi, mühərrikin birbaşa şəbəkəyə qoşu…

Kürəvi kran

15 yanvar 2024

Kürəvi kran valın ortasına yerləşdirilmiş içiboş fırlanan kürədən ibarətdir. Bu kürə valın fırlanma hərəkəti sayəsində kranın korpusu daxilində 90° dönərək axının idarə olunmasını təmin edir. Kürəvi kranlar etibarlı və möhkəmdir. Uzun müddət eyni vəziyyətdə qalsalar belə, funksiyalarını etibarlı şəkildə yerinə yetirə bilirlər. Eyni zamanda val vəziyyətinin tez-tez dəyişdirilməsinə imkan verirlər. Bununla belə, onlardan əsasən tam açıq və tam bağlı rejimdə istifadə olunur. Tam…

Kimyəvi nasos

15 yanvar 2024

Kimyəvi nasoslar neft-kimya, qida emalı və kimya sənayesində, eləcə də neftayırma zavodlarının köməkçi təsərrüfat tətbiqlərində və yüksək temperaturlu qızdırma sistemlərində istifadə olunur. Onlar isti, soyuq, aqressiv, uçucu, partlayıcı, zəhərli, çirklənmiş və xüsusilə qiymətli mayeləri vurur. Buna görə də maye ilə təmasda olan hissələr korroziyaya davamlı metal və qeyri-metal materiallardan hazırlanır və ya davamlı rezin, plastik və ya emal örtüklərlə qorunur. Bu nasosda ko…

Qızğın yağ nasosu

15 yanvar 2024

Sənaye müəssisələrində bir çox avadanlıq və ya istehsal prosesi qızdırılmaya ehtiyac duyur. Plastik əsaslı istehsal, ağac və meşə məhsullarının emalı, kompozit prosesləri, kimyəvi proseslər və s. bu ehtiyacın böyük olduğu sahələrdir. İstilik ötürülməsində ən çox 200°C ilə 350 °C arasında istifadəyə yararlı istilikdaşıyıcı yağlardan istifadə olunur, daha aşağı temperaturlar üçün isə istilikdaşıyıcı kimi qızğın sudan da istifadə edilə bilər. Bu yağ zavodda qapalı sistem daxilin…

Gigiyenik nasos

15 yanvar 2024

Gigiyenik nasoslar adətən insan sağlamlığının ən kritik olduğu qida, əczaçılıq və kosmetika sektorlarında istifadə olunur. Bu sektorlarda istifadə edilən avadanlıqlar insan sağlamlığını qorumaq üçün müəyyən standartlara cavab verməlidir. Bu standartlardan bəziləri 3A, European Hygienic Engineering and Design Group (EHEDG, Avropa Gigiyenik Mühəndislik və Dizayn Qrupu), FDA (Food and Drug Administration, ABŞ Qida və Dərman Administrasiyası) standartlarıdır. Gigiyenik nasoslarda…

Hidrofor nədir

15 yanvar 2024

Hidrofor, qısaca desək, şəbəkə təzyiqinin kifayət etmədiyi hallarda suyu təzyiq altına alaraq tələb olunan nöqtəyə çatdıran avadanlıqlar toplusudur. Bu gün hidroforlar demək olar ki, bütün yaşayış binalarında, hündürmərtəbəli binalarda, hətta sənaye müəssisələrində geniş istifadə olunur. Hidrofor sistemi nasos-mühərrik aqreqatı (təzyiq ehtiyacından asılı olaraq bir və ya daha çox), idarəetmə paneli, klapanlar, manometrlər, genişləndirici çən kimi avadanlıqlardan ibarətdir. Yə…

Globe klapan

15 yanvar 2024

Globe klapan kürəvi krandan fərqli olaraq, yuxarı-aşağı hərəkət edən və ucunda tıxac (disk və ya plunjer da adlanır) olan şpindelin klapandan keçən mayeni tənzimləmək məqsədilə hərəkət etməsi prinsipi ilə işləyir. Globe klapanlar adətən tənzimləyici klapan kimi istifadə üçün uyğundur. Kürəvi kranlar axına paralel istiqamətdə işlədiyi halda, globe klapanlar axına perpendikulyar istiqamətdə işləyir. Globe klapanlar tənzimləyici klapan kimi istifadə üçün uyğundur və axına perpen…

Dozalayıcı nasos

15 yanvar 2024

Dozalayıcı nasosun əsas vəzifəsi həcmi əvvəlcədən müəyyən edilmiş maye və ya qazı müəyyən zaman intervalında ötürməkdir. Bu gün həm sənaye, həm də məişət sahələrində geniş istifadə olunur. Sənayedə qazan qidalandırıcı suyunun kondisiyalaşdırılmasında, qida istehsalı xətlərində və təmizləyici qurğularda çökdürücü mayelərin ötürülməsində istifadə oluna bildiyi kimi, otelin üzgüçülük hovuzunda təmizlik məqsədilə xlor vuran dozalayıcı nasoslar da tətbiq oluna bilər. Prominent doz…

Tullantı suyu nasosu

15 yanvar 2024

Tullantı suyu nasosları adətən müxtəlif üzvi, qeyri-üzvi və mineral mənşəli bərk hissəciklər ehtiva edən güclü çirklənmiş suyu nəql edir. Bir qayda olaraq, özüsorucu olmayan birpilləli nasoslara üstünlük verilir. Onlar nəql olunan mayenin içinə tam batırılır. Val kipləşdiricisi kimi aşınmaya davamlı mexaniki kipləşdiricilərdən istifadə olunur. Tipik tətbiq sahələri qida emalı, tikinti, sellüloz və kağız, şəkər və metallurgiya sənayesi (məs. metalların elektrolizi), eləcə də m…