CIP nədir?

 (CIP) yəni Clean-In-Place, boruların, çənlərin, proses avadanlıqlarının, filtrlərin və bütün əlaqəli birləşdirici hissələrin sökülmədən yerində təmizlənməsi üsuludur.

1950-ci illərə qədər qapalı sistemlər əl ilə sökülərək təmizlənirdi. CIP-in yaranması qida və əczaçılıq kimi tez-tez daxili təmizlik tələb edən sənaye sahələri üçün böyük üstünlük yaratdı. Qazlı içkilər, süd məhsulları, əczaçılıq və farmakologiya, kosmetika və qida kimi sahələr başda olmaqla, bir çox sahədə CIP-in tətbiqi məcburi hala gəlmişdir.

 

CIP prosesinin üstünlükləri isə bunlardır:

  • Adi yuma proseslərinə nisbətən xeyli sürətlidir.
  • Yuma nəticəsində əldə edilən gigiyena səviyyəsi köhnə sistemə nisbətən xeyli yüksəkdir.
  • Yuma sistemi avtomatlaşdırıldığı üçün insan xətası ehtimalı aradan qalxır.
  • Yuma prosesi çox asan və sürətli olduğundan onu təkrarlamaq da çox asandır.
  • Olduqca etibarlıdır.

CIP sistemində borular və klapanlar maksimum yuma effekti əldə etmək üçün turbulent maye axını rejimində yuyulur. Bu mərhələdə sabit və ya hərəkətli tipli yuyucu kürələrdən istifadə olunur. Böyük ölçülü çənlər isə çirk təbəqələrini və boş çöküntüləri yüksək enerji ilə qoparan dinamik yuma şırnağı ilə yuyulur.

Yumada iki mühüm meyar var: temperatur və istifadə olunan kimyəvi yuyucu vasitə. Bu meyarlar sənaye sahəsinə və şirkətin seçiminə görə dəyişir.

 

Mənbə: GEA CIP Proses Solution